Qaxda külli miqdarda narkotik bitki məhv edilib - VİDEO

Qaxda külli miqdarda narkotik bitki məhv edilib - <span style="color: red;">VİDEO
# 26 oktyabr 2013 16:34 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qaxda külli miqdarda narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib. Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax RPŞ-nin əməkdaşları narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin müəyyən edilərək məhv edilməsi istiqamətində “Xaşxaş-2013” şərti adı altında növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Rayonun Qıpçaq kəndi yaxınlığındakı meşə zolağının istifadə olunmayan 5 hektar ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitki olan çətənə kolu aşkarlanıb. Qax RPŞ əməkdaşları və Qıpçaq kənd sakinlərinin iştirakı ilə ərazidən ümumi sayı 16500 ədəd olmaqla 5700 kq narkotik tərkibli bitki olan çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.

Qax RPŞ-dən APA-ya bildirilib ki, 2013-cü il ərzində rayonun Fıstıqlı, Süskənd, Cəlayır və Qıpçaq kəndlərində ümumilikdə 16378 kq narkotik tərkibli çətənə kolları yandırma yolu ilə məhv olunub. Yabanı halda bitən narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR