İranla AEBA arasında növbəti nüvə danışıqları başa çatıb

İranla AEBA arasında növbəti nüvə danışıqları başa çatıb
# 29 oktyabr 2013 16:45 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında XII dövr nüvə danışıqları başa çatıb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, oktyabrın 28-29-da Vyanada agentliyin mənzil-qərargahında baş tutan görüşdə İran nümayəndə heyətinə bu ölkənin agentlikdəki daimi nümayəndəsi Rza Nəcəfi, AEBA nümayəndə heyətinə isə ilk dəfə agentliyin icraçı direktorunun müavini Tero Varyoranta başçılıq edib. Danışıqların detalları barədə məlumat verilməyib, sadəcə müzakirələrin konstruktiv keçirildiyi bildirilir. Eyni zamanda İran tərəfinin AEBA-ya yeni təkliflər paketi təqdim etdiyi qeyd olunub.

Qeyd edək ki, tərəflər arasında müzakirələr başlamazdan əvvəl, yəni oktyabrın 28-də, Vyanada agentliyin mənzil-qərargahında İranın nüvə məsələsi üzrə baş müzakirəçisi, bu ölkənin xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı ilə AEBA-nın icraçı direktoru Yukiya Amano arasında görüş keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR