Təhsil Nazirliyi yeni Karyera Planlama Mərkəzi yaratmağı nəzərdə tutur

Təhsil Nazirliyi yeni Karyera Planlama Mərkəzi yaratmağı nəzərdə tutur
# 03 oktyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi xaricdə oxuyaraq Azərbaycana qayıtmış gənclərin işlə təminatı və onlar barədə bütün məlumatları özündə əks etdirəcək Karyera Planlama Mərkəzi yaratmağı nəzərdə tutur.

APA-nın xəbərinə görə, bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov 7-ci Beynəlxalq “Təhsil və Karyera” sərgisi ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, mərkəz hələ yaranmasa da, bu istiqamətdə iş başlayıb. C. Bayramov qeyd edib ki, xaricdə təhsil alanların statistikası proqram üzrə vahid məlumat bazasında toplanmalı və qurumların ehtiyacları vahid mərkəzdə cəmlənməlidir.

Onun sözlərinə görə, Karyera Planlama Mərkəzi xaricdə təhsil alaraq Azərbaycana qayıtmış məzunların özlərinə uyğun ixtisaslar üzrə işlə təmin olunmasına, həm də onların biliklərindən şirkətlər tərəfindən düzgün şəkildə faydalanmağa imkan verəcək: “Azərbaycan hökuməti gənclərin xaricdə təhsil almasına xüsusi diqqət göstərir. Bu diqqətin bariz nümunəsi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”dır. Builki qəbulla bağlı statistik məlumatlar nəzərə alınsa, proqramın başladığı dövrdən bu il də daxil olmaqla 2600-ə yaxın tələbə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”ın iştirakçısı olacaq. Bu günə kimi isə 550 nəfərə yaxın gənc bu proqram üzrə təhsilini başa vuraraq ölkəyə qayıdıb. Onların təhsilindən ölkənin müxtəlif sahələrində faydalanmaqda lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR