Azərbaycan İranla sərhəddə Xudafərin keçid məntəqəsini bərpa etmək istəyir

Azərbaycan İranla sərhəddə Xudafərin keçid məntəqəsini bərpa etmək istəyir
# 28 oktyabr 2013 09:52 (UTC +04:00)

Artıq İranla bu istiqamətdə danışıqlar aparılır.

«APA-Economics»in xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib: «Azərbaycan bu məntəqənin bərpa olunmasının tərəfdarıdır».


«Bu planın təşəbbüskarı Azərbaycan tərəfidir. Sadəcə olaraq, bunun reallaşması üçün hər iki ölkənin razılığı olmalıdır. Hələlik bir nəticə yoxdur, ancaq danışıqlar davam etdirilir», - deyə A.Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR