Bakıda istismar müddəti 25 ildən yuxarı olan 458 lift aşkarlanıb

Bakıda istismar müddəti 25 ildən yuxarı olan 458 lift aşkarlanıb
# 04 dekabr 2013 22:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bakıda xeyli sayda istismar müddəti bitmiş, təmirə ehtiyacı olan lift aşkarlanıb. Binəqədi Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, rayon ərazisində istismar müddəti 25 ildən yuxarı olan 458 lift aşkarlanıb ki, bunların əksəriyyəti əsaslı təmir edilməlidir.

Bununla bağlı Rayon İcra Hakimiyyəti tərəfindən artıq lazımi işlərə başlanılıb. Ümumilikdə rayon üzrə 790 liftin işlək vəziyyətdə olması daimi nəzarətdə saxlanılır. 30 lift əsaslı təmir edilib, 71 lift isə yenisi ilə əvəz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR