Penitensiar Xidmət: Amnistiya Aktı indiyədək cəzaçəkmə müəssisələrində saxlanılan 87 məhkuma tətbiq edilib

Penitensiar Xidmət: Amnistiya Aktı indiyədək cəzaçəkmə müəssisələrində saxlanılan 87 məhkuma tətbiq edilib
# 16 may 2013 16:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 7 may 2013-cü il tarixli qərarının cəzaçəkmə müəssisələrində icrası davam etdirilir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu gün 12 və 14 saylı cəzaçəkmə müəssisələrində Azərbaycan Respublikası Prokurorluğu İttiham idarəsi və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə amnistiya qərarının 2.5 və 3-cü bəndlərinin təsiri dairəsinə düşən 8 nəfər məhkumun azadlığa buraxılması təmin edilib.

Onu da qeyd edək ki, bu günədək amnistiya qərarı Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 87 nəfər məhkuma tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR