Ağcabədidə yanğın baş verib

Ağcabədidə yanğın baş verib
# 11 iyul 2013 19:08 (UTC +04:00)

Bakı-APA. Ağcabədi rayonunda bu gün axşam saatlarında yanğın qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, yanğın Ağcabədi rayonu, Şənlik kəndində (rayon mərkəzindən 13 km aralı ) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlədə baş verib. Yanğın nəticəsində tövlənin çardağının yanar konstruksiyaları və damına yığılmış ümumi çəkisi 6 ton ot bağlamasının 5 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR