“DəmirBank” Xırdalan filialını istifadəyə verib

“DəmirBank” Xırdalan filialını istifadəyə verib
# 10 aprel 2014 11:29 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün “DəmirBank” Xırdalan filialının korporativ tərtibatda rəsmi açılış tədbirini keçirib.

Bankdan “APA-Economics”ə verilən məlumatda görə, yeni filial Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi 7/1, Absheron Mega City ticarət mərkəzində yerləşir.

Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər təklif edir.

Bank son 3 ilə yaxın müddətdə 14 filialını yeni ofislərə köçürüb və daha bir neçə filialın köçürülməsi nəzərdə tutulur. Filialların daha rahat və geniş ofislərə köçürülməsi, vahid korporativ üslubda interyer tərtibat və təmir işləri Bankın müştəri xidmətinə verdiyi önəmi əks etdirir.

Hazırda bankın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə ölkənin Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad, İmişli və Beyləqan şəhərlərində yerləşir.

Ölkənin ilk kommersiya bankı olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Onuda qeyd edək ki, “DəmirBank” Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR