Təhsil Nazirliyi: Qiyabi təhsil alma formasının ləğv edilməsi barədə məsələ müzakirəyə çıxarılmayıb

Təhsil Nazirliyi: Qiyabi təhsil alma formasının ləğv edilməsi barədə məsələ müzakirəyə çıxarılmayıb
# 24 iyul 2013 14:25 (UTC +04:00)

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, müxtəlif ali təhsil müəssisələrində təhsil haqlarının həcmi ixtisaslardan asılı olaraq dəyişir. Təhsil haqları ali təhsil müəssisələri tərəfindən hər bir təhsil alana çəkilən xərcə uyğun olaraq müəyyənləşdirilir.

Nazirliyin Facebook səhifəsində 65 yaşlı müəllimlərin işdən çıxarılmaması ilə bağlı yazılan suallara da aydınlıq gətirilib. Bildirilib ki, qanunvericilik buna yol vermir: “Lakin xeyli sayda müraciətlərdə, hətta 65 yaşına çatmış müəllimlərin işdə saxlanılması təkid edilir. Təhsil Nazirliyinin mövqeyi belədir ki, yaşından asılı olmayaraq, peşəkarlıq əsas götürülməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR