Brugge-Bakı marşrutu ilə beynəlxalq velosiped yürüşünə start verilib - FOTO

Brugge-Bakı marşrutu ilə beynəlxalq velosiped yürüşünə start verilib - <span style="color: red;">FOTO
# 02 iyul 2013 10:37 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Belçikanın Brugge şəhərində 74 yaşlı Kristof Hurtekantın rəhbərliyi ilə Belçika, Niderland və İtaliya vətəndaşlarından ibarət bir qrupun Brugge-İstanbul-Bakı marşrutu üzrə velosiped yürüşü start götürüb. Bu barədə APA-ya Azərbaycan Belçikadakı səfirliyindən məlumat verilib.

Velosiped yürüşünün iştirakçıları Almaniya, Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə və Gürcüstan ərazilərindən keçməklə 1 avqust tarixində Bakıya çatacaqlar.

Yürüşün ümumi məsafəsi 5555 km təşkil edir.

Azərbaycan Belçikadakı səfirliyinin nümayəndəsi yürüşün başlanğıc məntəqəsində təşkil edilmiş mərasimə qatılaraq yürüş iştirakçılarına bu uzun yolda uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR