Nicat Dağlar müalicə üçün iyulun 25-də Almaniyaya yola düşəcək

Nicat Dağlar müalicə üçün iyulun 25-də Almaniyaya yola düşəcək
# 22 iyul 2013 15:21 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Nicat Dağların müalicə olunması üçün Almaniyaya göndəriləcəyi tarix müəyyənləşib.

Jurnalistin həyat yoldaşı Ülviyyə Hüseynova APA-ya açıqlamasında bildirib ki, N. Dağlar artıq Bakıdadır və Almaniyaya getməsi ilə bağlı hazırlıqlar yekunlaşmaq üzrədir. Ü. Hüseynova qeyd edib ki, həyat yoldaşını Almaniyada qardaşı müşayiət edəcək: “Hər ikisi iyulun 25-də Almaniyaya yola düşəcəklər. Artıq təyyarə bileti də alınıb. Müalicə olunan xəstəxana isə Frankfurt şəhərindədir”.

O, viza alınması üçün sənədlərin Almaniyanın Azərbaycandakı səfirliyinə təqdim edildiyini də bildirib. N. Dağların səhhətində ciddi irəliləyişin olmadığını da qeyd edən Ü. Hüseynova geriləmənin qarşının alındığını da söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR