Xələf Xələfov Avstraliyanın Azərbaycanda akkreditə olunmuş səfirini qəbul edib

Xələf Xələfov Avstraliyanın Azərbaycanda akkreditə olunmuş səfirini qəbul edib
# 08 yanvar 2014 13:36 (UTC +04:00)

Bakı-APA. Xarici işlər nazirinin müavini Xələf Xələfov Avstraliyanın Azərbaycanda da akkreditə olunmuş səfiri İan Biggsi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xələf Xələf səfir İan Biggsə Azərbaycan ilə Avstraliya arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfələrinə görə təşəkkür edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir İan Biggs səfir qismində fəaliyyətinin uğurla həyata keçirilməsi üçün Azərbaycan Respublikası Hökuməti tərəfindən yaradılmış şəraitə və göstərilmiş yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, iki ölkə arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Görüş əsnasında ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR