Azərbaycan prezidenti BƏƏ prezidentini və baş nazirini təbrik edib

Azərbaycan prezidenti BƏƏ prezidentini və baş nazirini təbrik edib
# 30 noyabr 2013 14:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nəhyana təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, dövlət başçısı həmkarını BƏƏ-nin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktuma da təbrik məktubu göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR