Ümumrespublika inşa müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib - FOTOSESSİYA

Ümumrespublika inşa müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 04 noyabr 2013 09:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Təhsil Nazirliyində “Gələcək nəsillərlə üz-üzə” V ümumrespublika inşa müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Minilliyin Layihəsinin Azərbaycan Bölməsi-Azərbaycan Futuroloqlar Cəmiyyəti birgə layihəsi olan müsabiqə 2007-ci ildən keçirilir. Bu təşəbbüsü yüksək qiymətləndirən nazirin sözlərinə görə, müsabiqə orta məktəblərin IX-XI sinif şagirdlərini, ali və orta ixtisas təhsili müəssisələrini əhatə edir. M.Cabbarov qeyd edib ki, müsabiqənin keçirilməsi qlobal çağırışların dəyərləndirilməsi və gənc nəsil arasında öyrənilməsi, bunun orta məktəblərdə və ali təhsil müəssisələrində diqqət mərkəzində olması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova müsabiqə barədə ətraflı məlumat verib. O bildirib ki, müsabiqə müddətində inşa yazılarının mütəxəssislər tərəfindən qiymətləndirilməsi nəticəsində 890 namizəd arasından 15 nominasiya üzrə ilk üç yerə layiq görülmüş 51 nəfər finala çıxıb: “Bunlardan 18-i tələbə, 33-ü isə şagirddir. Azərbaycanın bütün coğrafiyasını əhatə edən müsabiqə qaliblərinin 33-ü qız, 18-i isə oğlandır”.

Tədbirin davamında çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Minilliyin Layihəsinin Meksika Bölməsinin sədri Konsepsion Olavarrietab və Minilliyin Layihəsinin Tədqiqat Mərkəzinin direktoru Elizabet Floresku çıxış edərək müsabiqənin yüksək səviyyədə təşkilindən razılıqlarını bildirib və qalibləri təbrik ediblər.

Tədbirin sonunda “Gələcək nəsillərlə üz-üzə” V ümumrespublika inşa müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR