İran Pakistandan terrorçuların təhvil verilməsini tələb edir

İran Pakistandan terrorçuların təhvil verilməsini tələb edir
# 05 noyabr 2013 10:16 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli, Real Cəfərli – APA. “Saravanda baş vermiş hadisə xeyli ağrılı idi. İran xalqı, o cümlədən bütün xalqlar terrorçuluqla mübarizədə zərər çəkir”.

APA-nın “Press TV”-yə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyin mətbuat katibi Mərziyyə Əfxəm İran-Pakistan sərhədində baş verən silahlı insidentini şərh edərkən deyib.

Onun sözlərinə görə, İran iki ölkə arasında təhlükəsizlik sahəsində imzalanmış müqavilənin icra edilməsini və terrorçuların ekstradisiyasını istəyir: “Bu sahədə istəyimizin yerinə yetiriləcəyinə ümid edirik. İranın Pakistandakı səfirliyinə tapşırıq verilib ki, məsələ araşdırılsın və günahkarlar İrana ekstradisiya olunsun. Yaxşı olardı ki, onlar ölkəmizə gətirilsin”.

Qeyd edək ki, oktyabrın 25-də gecə saatlarında İranın Sistan və Bəlucistan vilayətində, Pakistanla sərhəddə, Saravan sərhəd-keçid məntəqəsində baş vermiş silahlı qarşıdurma nəticəsində 14 İran sərhədçisi ölüb, 6-sı yaralanıb. Hadisədən bir gün sonra “Ceyşül-Ədl” adlı qrup hücumu öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR