Suriyada üsyançılar radikal islamçıların Hələb şəhərindəki qərargahını ələ keçirib

Suriyada üsyançılar radikal islamçıların Hələb şəhərindəki qərargahını ələ keçirib
# 08 yanvar 2014 12:56 (UTC +04:00)

Bakı - APA. Suriyada silahlı müxalifət “İraq və Levanta islam dövləti” adlı radikal dini qruplaşmanın Hələb şəhərindəki qərargahını ələ keçirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, islamçıların qərargahı uşaq xəstəxanasında yerləşirmiş.

Qeyd edək ki, son günlər Suriyanın müxtəlif şəhərlərində üsyançılarla “İraq və Levanta islam dövləti” qruplaşmasının üzvləri arasında şiddətli döyüşlər gedir. Yanvarın 7-də “İraq və Levanta islam dövləti” Suriya Milli Koalisiyasına qarşı müharibə elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR