Konstitusiya Məhkəməsi prezident seçkilərinin yekunu barədə MSK-nın protokolunun təsdiqi məsələsinə sabah baxacaq

Konstitusiya Məhkəməsi prezident seçkilərinin yekunu barədə MSK-nın protokolunun təsdiqi məsələsinə sabah baxacaq
# 18 oktyabr 2013 09:17 (UTC +04:00)

Bu barədə APA-ya Konstitusiya Məhkəməsindən məlumat verilib.


Qeyd edək ki, ötən gün MSK-nın iclasında prezident seçkilərinin yekunu barədə MSK-nın protokolunun təsdiq edilməsi məsələsinə baxılıb. Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, seçkilərin nəticələri üzrə MSK-nın yekun protokolu tərtib edilərək 17 komissiya üzvü tərəfindən imzalanıb.

Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov yekun protokola imza atmayıb.

Protokolun təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR