Paytaxt məktəblilərinin fənn olimpiadalarının ikinci turu keçiriləcək

Paytaxt məktəblilərinin fənn olimpiadalarının ikinci turu keçiriləcək
# 10 yanvar 2014 10:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yanvarın 12-də Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin II turu keçiriləcək. Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən xəbərə görə, şəhər mərhələsinin II turunda 15 dekabr tarixində Bakı şəhərinin məktəbləri arasında keçirilən “Bilik yarışı”nın qalibləri iştirak edəcək. Fənn olimpiadalarının şəhər mərhələsinin II turu IX - XI sinif şagirdlərini əhatə etməklə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, biologiya, fizika, kimya və informatika fənləri üzrə təşkil olunacaq.

“Məktəblilərin fənn olimpiadaları haqqında qaydalar”a uyğun olaraq Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin II turunun keçirilməsi barədə müvafiq əmr verilib və yarışın yüksək səviyyədə keçirilməsini təşkil etmək üçün Təşkilat Komitəsi yaradılıb.

Qeyd edək ki, olimpiada yanvarın 12-də saat 10:00-da 258 saylı orta məktəbdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR