Riqadakı faciədə ölənlərin sayı 52-yə çatıb

Riqadakı faciədə ölənlərin sayı 52-yə çatıb
# 23 noyabr 2013 09:09 (UTC +04:00)

Bakı – APA. Latviya paytaxtında çökən “Maxima” ticarət mərkəzinin dağıntıları altından 52-ci cəsəd çıxarılıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Riqa meri dağıntılar altında daha 25-ə yaxın meyitin ola biləcəyini söyləyib.

Xatırladaq ki, noyabrın 21-də axşam Riqadakı “Maxima” ticarət mərkəzinin damı və divarlarından biri uçub. Hadisə yerinə gələn xilasedicilər işə başladıqdan sonra daha bir divar dağılıb. Dağıntıların sahəsi 500 kvadratmetr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR