Ariel Şaronun nəşi Knessetə gətirilib - VİDEO

Ariel Şaronun nəşi Knessetə gətirilib - <span style="color: red;">VİDEO
# 12 yanvar 2014 15:32 (UTC +04:00)

Bakı-APA. İsrailin keçmiş baş naziri Ariel Şaronun nəşi Knessetə gətirilib.

APA TV-nin məlumatına görə, İsrail parlamentində artıq onunla vida mərasimi başlayıb. Şaronun cənazəsi keçiriləcək dövlət mərasiminin ardından bazar ertəsi günü torpağa tapşırılacaq. Mərasim yanvarın 13-ü səhər saat 9:30-da başlayacaq və burda İsrail prezidenti Şimon Peres, baş nazir Benyamin Netenyahu, həmçinin Şaronun ailə üzvlərinin çıxışı gözlənilir.

Keçmiş baş nazir 2000-ci ildə dünyasını dəyişən həyat yoldaşının yanında dəfn ediləcək.

Azərbaycan prezidenti İlham Əliyev Ariel Şaronun ölümü ilə bağlı İsrail prezidentinə və xalqına başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR