Azərbaycanda pərakəndə ticarət ehtiyatları indeksi artıb

Azərbaycanda pərakəndə ticarət ehtiyatları indeksi artıb
# 29 yanvar 2014 12:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektləri üzrə mal ehtiyatları indeksi 2013-cü ilin dekabr ayında 108,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici noyabr ayına nisbətən 11,5 faiz bəndi artıb.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.

İndeksin 100%-dən yüksək olması mal qalıqlarının aylıq müqayisədə artmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2014-cü ilin yanvarın 1-nə 248,2 mln. manat, dekabrın 1-nə 228,6 mln. manat olub.

Qeyd edək ki, mal ehtiyatlarının artması dövriyyənin azalması deyil, mal təchizatının güclənməsi nəticəsində baş verib, çünki dekabrda pərakəndə ticarət dövriyyəsi noyabrla müqayisədə 1 593,5 mln. manatdan 2 431,0 mln. manatadək artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR