İsrail Aralıq dənizində ballistik raket atışına görə məsuliyyəti öz üzərinə götürüb

İsrail Aralıq dənizində ballistik raket atışına görə məsuliyyəti öz üzərinə götürüb
# 03 sentyabr 2013 13:28 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, məlumatlı mənbə “Anchor” raqketlərinin RHM sistemlərinin döyüş hazırlığı vəziyyətini yoxlamaq üçün istifadə olunur.

Raketlər akvatoriyaya ABŞ-la birlikdə keçirilən təlimlər çərçivəsində atılıb. Aralıq dənizi akvatoriyasından atılan hədəf raketləri İsrail ərazisindəki radarlar vasitəsilə uğurla izlənib.

Xatırladaq ki, Rusiya Raket Hücumundan Xəbərdarlıq Sistemi (SPRN) bu gün səhər Aralıq dənizi akvatoriyasında iki ballistik hədəfin startını qeydə alıb. Bununla bağlı müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məlumat verib.

Pentaqonun mətbuat xidmətinin növbətçisi isə bildirib ki, idarədə Aralıq dənizində ballistik hədəflərinin işə salınmaları haqqında məlumat yoxdur. Fransa Müdafiə Nazirliyi də ballistik hədəflərinin işə salınması haqqında məlumatlara malik olmadığını açıqlayıb. NATO isə hadisə haqqında informasiyanı yoxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR