AXCP Ali Məclisinin sədri Həsən Kərimov xəstəxanaya yerləşdirilib

AXCP Ali Məclisinin sədri Həsən Kərimov xəstəxanaya yerləşdirilib
# 23 sentyabr 2013 09:55 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. AXCP Ali Məclisinin sədri Həsən Kərimov xəstəxanaya yerləşdirilib.

APA-nın məlumatına görə, H. Kərimov ötən gün gecə saatlarında C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna aparılıb. O, ürəyində başlayan ağrılar səbəbindən hospitalizə olunub.

İnstitutdan bildirilib ki, hazırda H. Kərimovun səhhəti normaldır və bir müddət xəstəxana şəraitində müalicə olunmasına ehtiyac var.

H. Kərimov APA-ya açıqlamasında deyib ki, son üç gün ərzində ürəyində ağrılar artsa da, ciddi qəbul etməyib. Ötən gecə isə ağrılar şiddətlənib, bu səbəbdən də xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb: “Bu infarkt olmasa da, həmin vəziyyətə gətirib çıxarmaması üçün profilaktik tədbirin görülməsinə ehtiyac var. Həkimlər hələ bir müddət xəstəxana şəraitində müalicə olunacağımı deyirlər. Yəqin ki, təxminən on gün müalicəmi burada davam etdirəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR