SSRİ-nin kəşfiyyat peykinin qalıqları yerə fevralın ortalarında düşə bilər

SSRİ-nin kəşfiyyat peykinin qalıqları yerə fevralın ortalarında düşə bilər
# 16 yanvar 2014 08:55 (UTC +04:00)

Bakı – APA. SSRİ-nin kəşfiyyat peyki “Kosmos-1220”nin qalıqları yerə fevralın ortalarında düşə bilər.

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, dəniz kəşfiyyatı peykinin iri qalığı fevralın 12-dən fevralın 25-dək ballistik mövcudluğunu başa vuracaq.

Mütəxəssislər bildirir ki, bu kosmik aparatının düşmə trayektoriyası ilə bağlı proqnoz vermək çox çətindir. Hansısa səbəbə görə bu peykin ballistik əmsalı dəyişir. Ona görə də “Kosmos-1220”nin enmə sürəti gah artır, gah da azalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR