Azərbaycan prezidenti Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrini qəbul edib

Azərbaycan prezidenti Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrini qəbul edib
# 24 may 2013 13:45 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və yaxşı nəticələr əldə olunduğunu vurğulayıb. Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsi üçün imkanları müəyyənləşdirməyin önəmini qeyd edib. Dövlət başçısı Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brokun ölkəmizə səfərinin Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brok təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Ölkəmiz ilə Avropa təsisatları arasında əlaqələrə toxunan Elmar Brok “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR