ABŞ və Rusiya Suriyadan məmnundur

ABŞ və Rusiya Suriyadan məmnundur
# 07 oktyabr 2013 07:26 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri bunu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının İndoneziyanın Bali adasında keçirilən sammiti çərçivəsində keçirdikləri görüşdən sonra deyiblər.

S. Lavrov Suriya hökumətinin beynəlxalq müfəttişlərlə yüksək səviyyədə əməkdaşlıq etdiyini söyləyib: “Ümid edirik ki, bundan sonra da belə olacaq”.

C. Kerri isə Suriyanın BMT Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirmək istiqamətində ortaya qoyduğu nəticədən çox razı olduqlarını açıqlayıb. Onun sözlərinə görə, ilk kimyəvi silah partiyasının oktyabrın 6-da – qətnamənin qəbulundan bir neçə həftə sonra BMT ekspertlərinin iştirakı ilə məhv edilməsi faktı xüsusi əhəmiyyətə malikdir.

S. Lavrov və C. Kerri ümid etdiklərini bildiriblər ki, noyabr ayında Suriya probleminin həlli üzrə sülh konfransının keçirilməsi mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR