İranda 12 Əfqanıstan vətəndaşı edam edilib

İranda 12 Əfqanıstan vətəndaşı edam edilib
# 09 iyul 2013 08:32 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Əfqanıstanın İrandakı səfirliyi açıqlama yayıb. Məhbusların nə vaxt dara çəkildikləri barədə dəqiq məlumat yoxdur. Sadəcə onların narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq İsfahan, Kərəc və Ərak həbsxanalarında edam edildikləri məlumdur. Məhbuslardan 7-si Əfqanıstanın Herat, 3-ü Təxar, 1-i Loğman, 1-i isə Nimruz şəhərindəndir. Əfqanıstan səfirliyindən bildirilib ki, silsilə edamlar davam edir: “Təəssüflər olsun ki, yüzlərlə məhbus edam cəzasına məhkum edilib və qərarın icra olunacağı günü gözləyir”.

Qeyd edək ki, Əfqanıstan hökuməti dəfələrlə İrandan vətəndaşları barəsində çıxarılmış ölüm hökmlərinin ləğv edilməsini istəyib. Ancaq Tehran rəhbərliyi hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, İran İslam Cəza Qanunlarını pozan hər bir şəxs üçün edam cəzasının doğru addım olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR