Azərbaycanda heç vaxt səhnələşdirilməmiş əsər tamaşaya qoyulacaq

Azərbaycanda heç vaxt səhnələşdirilməmiş əsər tamaşaya qoyulacaq
# 14 may 2013 12:27 (UTC +04:00)

Bakı. Turan Şakir - APA. İrəvan Dövlət Dram Teatrında rumıniyalı yazar İonesko Ejenin “Stullar” əsəri səhnələşdirilir.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanovdur.

Üç obrazlı əsərdə rolları xalq artisti Tamella Abdullayeva və əməkdar artist Vaqif Kərimov ifa edirlər. Absurd teatrının əsasını qoyan bu əsər Azərbaycanda ilk dəfədir səhnələşdirilir. Tamaşanın premyerası yay aylarına təsadüf edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR