“Unibank”ın “Albalı” kartı əhali arasında çox tələb olan karta çevrilib

“Unibank”ın “Albalı” kartı əhali arasında çox tələb olan karta çevrilib
# 15 avqust 2013 12:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın “Unibank”ın “Albalı” kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında məşhur və çox tələbat duyulan kart məhsullarından birinə çevrilib.

APA-Economics”in xəbərinə görə, bu barədə bankın məlumatında deyilir.

Məlumata əsasən, hər gün on minlərlə vətəndaş ölkənin 800-dən artıq mağaza, supermarket və ticarət mərkəzində “Albalı” kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. “Albalı” kartı bankın istənilən filialından pulsuz almaq mümkündür. Maksimal limiti 3 000 manat olan 3 il müddətli kartla, bankomatlarda 200 manat məbləği nağdlaşdırmaq olur.

Ödənişi “Unibank”ın istənilən filialındakı “Cash-in” terminallarında, “MilliÖn” paypointlərində, www.unibank.az və hesab.az saytında həyata keçirmək olar.

Ödənişlərdən sonra kartdakı məbləğ bərpa olunur, bu isə sahibinə daha uzun müddətə kartdan istifadə imkanı verir. Beləliklə də, “Albalı” kartı şəxsin büdcəsinə ziyan vurmadan, zəruri məhsul və xidmətlərlə təminatına imkan verir. Kart olmadan isə bu alış-veriş iri həcmdə pul xərclənməsinə səbəb olardı.

“Albalı” kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə on-line sifariş anketini doldurmaq və ya filiala yaxınlaşmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldurmaq olar.

“Albalı” kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var. (https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp).

İndi hər bir kart sahibi istənilən vaxt həm də www.albali.az və ya www.unibank.az saytına daxil olaraq, müştəri üçün yaradılan şəxsi kabinetdə verilən cədvələ “Albalı” kartındakı son səkkiz rəqəmi daxil etməklə, kartının tranzaksiyalarını izləyə, borcları haqqında məlumat ala bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR