Dövlət Strategiyası: Azərbaycanda əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması müəllim amilinin inkişafına mənfi təsir göstərib

Dövlət Strategiyası: Azərbaycanda əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması müəllim amilinin inkişafına mənfi təsir göstərib
# 25 oktyabr 2013 06:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərib.

APA-nın xəbərinə görə, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda bildirilib ki, təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməli, müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır.

Qeyd olunur ki, son illərdə müəllimlərin əlavə təhsili sahəsində modul-kredit sisteminə əsaslanan, rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərə alan yeni modelin tətbiqinə başlanıb, fəal interaktiv təlim texnologiyaları təcrübədən keçirilib. Bununla yanaşı, əksər müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar müasir tələblərdən geri qalır. Bir çox hallarda təhsilalanlara əldə etdiyi bilikləri tətbiq etmə və müstəqil yaradıcı düşünmə qabiliyyətləri aşılanmır.

Ümumi təhsilin dövlət standartları və proqramları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilib. Həmin istiqamətdə yeni fənn kurrikulumları və dərsliklər ümumi təhsilin I-VI siniflərində tətbiq edilir, VII–XI siniflərində isə həmin məqsədlə işlər davam etdirilir. Məktəbəqədər təhsil üzrə yeni kurrikulumun tətbiqinin sürətləndirilməsi zəruridir. Azərbaycanda ilk peşə-ixtisas və orta ixtisas təhsili kurrikulumları müasir tələblərə cavab vermir. Müəllim hazırlığı üzrə yeni kurrikulumlar tətbiq edilsə də, ümumilikdə ali təhsil müəssisələrinin kurrikulumları əmək bazarında işçi səriştəsinə olan tələblərlə uyğun gəlmir. Ali təhsil pilləsində kurrikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR