İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu keçirilir

İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu keçirilir
# 05 sentyabr 2013 08:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu işə başlayıb.

APA-Economics”in xəbərinə görə, tədbirdə iştirak etmək məqsədilə İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, dünyanın müxtəlif ölkələrindən olan elm adamları Bakıda səfərdədir.

Bakı Biznes Mərkəzində İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin I Bakı Forumu çərçivəsində "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 1-ci Beynəlxalq Konfrans keçirilib.

Forumda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova sosial-iqtisadi durum, o cümlədən makro-iqtisadi göstəricilər barədə məlumat verib. Bildirib ki, Azərbaycanın İƏT ölkələri ilə xarici ticarət dövriyyəsi 10%-a çatıb, Azərbaycanın strateji valyuta ehtiyatları daim artır, yoxsulluğun səviyyəsi enməkdədir və 6%-ə enib: “Dünya İqtisadi Forumunun hesabatında “Qlobal Rəqabətlilik Reytinqi”ndə 39-cu yerə yüksəlib”.

İƏT-in baş katibi Şamil Ələsgərov deyib ki, ölkələrin iqtisadi inkişafı üçün iqtisadi-elmi tədqiqatların rolu böyükdür: “Bu baxımdan bu kimi forum və konfransların keçirilməsi vacibdir. İƏT çərçivəsində yaradılan iqtisadi tədqiqat mərkəzi üzv ölkələrin iqtisadi inkişafına dəstək verəcək”.

Konfransda eyni zamanda bildirilib ki, bir il əvvəl yaradılan “ECO bank” da üzv ölkələrin iqtisadi inkişafına öz dəstəyini verəcək. Konfransda xüsusən vurğulanıb ki, İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlıq gücləndiriləcək və əldə edilmiş nəticələr ölkələrin iqtisadiyyatına böyük töhfəsini verəcək.

Konfrans çərçivəsində kənd təsərrüfatı, regional inteqrasiya və ticarət məsələləri mövzularında sessiyalar keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR