Gənclər üçün Prezident Mükafatı təsis olunub

Gənclər üçün Prezident Mükafatı təsis olunub
# 02 iyul 2013 16:17 (UTC +04:00)

APA-nın məlumatına görə, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilib. “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” də təsdiq edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, “Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsviri”ni 3 ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR