Ələt-Astara yolunda avtomobil velosiped sürən şəxsi vuraraq öldürüb

Ələt-Astara yolunda avtomobil velosiped sürən şəxsi vuraraq öldürüb
# 14 may 2013 09:09 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə mayın 13-də axşam saatlarında Ələt-Astara yolunun 82-ci kilometrliyində qeydə alınıb. Naxçıvan sakini Vilayət Əliyev idarə etdiyi “MAN” markalı, 90 MN 654 dövlət nömrə nişanlı avtomobillə velosiped sürən Salyan rayon Şorsulu kənd sakini, 1987-ci il təvəllüdlü Ağayev Əbil Ələskər oğlunu vurub.

Nəticədə xəsarət alan Ə. Ağayev Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR