ABŞ dövlət katibi və İsrailin baş naziri İranın nüvə proqramını müzakirə edəcək

ABŞ dövlət katibi və İsrailin baş naziri İranın nüvə proqramını müzakirə edəcək
# 22 oktyabr 2013 21:54 (UTC +04:00)

Bakı-APA. Romada oktyabrın 23-də ABŞ dövlət katibi Con Kerri ilə keçiriləcək görüşdə Yaxın Şərqdəki vəziyyət, Suriyada kimyəvi silahın məhv edilməsi və İranın nüvə proqramı kimi beynəlxalq aktual məsələlər müzakirə ediləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu italiyalı həmkarı Enrike Letto ilə Romada baş tutan görüşündə bildirib.

“Biz hamımız Yaxın Şərq bölgəsində sülh və sabitliyin bərqərar olunmasında maraqlıyıq. Bu mənim ABŞ dövlət katibi Con Kerri ilə görüşümdə müzakirə olunacaq əsas məsələlərdən biridir. Biz Fələstinlə problemin sülh yolu ilə nizamlanması məsələsinə toxunacağıq, həmçinin hazırda diqqət mərkəzində olan digər məsələ - kimyəvi və nüvə silahlarının məhv edilməsi məsələsini də müzakirə edəcəyik”, deyə Binyamin Netanyahu qeyd edib.

Netanyahu İranın nüvə proqramına toxunaraq yenidən qeyd edib ki, “İran nüvə silahının istehsalına həmişəkindən daha çox yaxındır” və bu səbəbdən təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri Avropa turnesi çərçivəsində bu gün gecə saatlarında Romaya səfəri gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR