ABŞ dövlət katibi: “İranın nüvə məsələsinin diplomatik yolla həlli hər kəs üçün ən yaxşı variantdır”

ABŞ dövlət katibi: “İranın nüvə məsələsinin diplomatik yolla həlli hər kəs üçün ən yaxşı variantdır”
# 24 oktyabr 2013 14:02 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın nüvə məsələsi diplomatik yolla həll edilməlidir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri oktyabrın 23-də Romada jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu cür həll yolu hər kəs üçün ən yaxşı variantdır. C.Kerri həmçinin deyib ki, İranın nüvə proqramının dinc məqsədlərə xidmət etməsini sübuta yetirmək üçün səy göstərməsi mühüm bir addımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR