Yevlaxın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayrılıb

 Yevlaxın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 2 milyon manat ayrılıb
# 16 sentyabr 2013 16:16 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-Economics”in məlumatına görə, Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yevlax Şəhər İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR