«Qazprom» və ARDNŞ başçıları Azərbaycan qazının Rusiyaya nəqlinin şərtlərini müzakirə ediblər

«Qazprom» və ARDNŞ başçıları Azərbaycan qazının Rusiyaya nəqlinin şərtlərini müzakirə ediblər
# 27 dekabr 2013 11:56 (UTC +04:00)

«APA-Economics»in «Qazprom» şirkətinin veb-saytına istinadən verdiyi məlumata görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev Rusiyaya səfəri çərçivəsində Mskvada «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Millerlə görüşüb.

Görüşdə Azərbaycan və Rusiya arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər Azərbaycandan Rusiyaya təbii qazın nəqli şərtlərini də dəyərləndiriblər. Həmçinin qeyd olunub ki, «Qazprom» və Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşlığının inkişafı iki şirkətin strateji maraqlarına cavab verir.

Xatırladaq ki, bu il Azərbaycandan Rusiyaya nəql olunan təbii qazın həcmi 1,37 mlrd. kubmetr təşkil etməlidir. Azərbaycandan Rusiyaya qazın nəqli 2009-cu ilin oktyabr ayında imzalanmış razılaşmaya əsasən 2010-cu il yanvarın 1-dən başlayıb. Ötən ilin yanvar ayında isə ARDNŞ və «Qazprom» bu müqaviləyə əlavələr edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR