Qroznıdan Bakıya avtobus reysləri açılacaq

Qroznıdan Bakıya avtobus reysləri açılacaq
# 31 may 2013 10:44 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhəri ilə Bakı arasında müntəzəm avtobus reysləri açılacaq. APA-nın «Regions.ru» saytına istinadən verdiyi məlumata görə, Çeçenistan Nəqliyyat və Rabitə Nazirliyi bununla bağlı hazırlıq işlər aparır.


Nəqliyyat və rabitə naziri Ramzan Çerhiqovun sözlərinə görə, qurum Bakı ilə yanaşı Rusiyanın Sankt-Peterburq və Qazan, habelə Qazaxıstanın Atırau şəhərlərinə beynəlxalq avtobus reysləri açmaq niyyətindədir: «Bu gün Qroznıdan avtobuslar Rusiyanın müxtəlif şəhərlərinə sərnişinlər daşıyır. Bu ilin martında isə Qroznı-Bonn-Axen reysi açılıb. Lakin marşrut şəbəkəmizi genişləndirmək niyyətindəyik. Bunun üçün bizim avtobus parkımız da genişlənir, müasirləşdirilir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR