Türkiyə enerji və təbii sərvətlər naziri Bakıya gələcək

Türkiyə enerji və təbii sərvətlər naziri Bakıya gələcək
# 14 dekabr 2013 09:51 (UTC +04:00)

APA-nın Türkiyənin “Enerji Günlüyü” saytına istinadən verdiyi məlumata görə, səfərdə məqsəd Bakıda Transadriatik qaz kəməri (TAP - Trans Adriatic Pipeline) layihəsi üzrə sazişlərin imzalanma mərasimində iştirak etməkdir.

Qeyd edək ki, dekabrın 17-də Bakıda Xəzərin Azərbaycan sektorundakı “Şəhdəniz” qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul olunması gözlənilir. Yekun investisiya qərarı çərçivəsində 39 sənədin imzalanması planlaşdırılır.

Mərasimə qatılmaq üçün İtaliyan və Yunanıstanın baş nazirləri Enriko Letta və Antonis Samaras, Britaniya xarici işlər naziri Uilyam Heyq və Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger da Azərbaycana gələcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR