Çempionlar Liqası: “Qalatasaray” – “Real” - 1:6

Çempionlar Liqası: “Qalatasaray”  – “Real”  - 1:6
# 17 sentyabr 2013 23:43 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, İlk oyun günündə A, B, C və D qruplarındakı komandalar mübarizəyə qoşulub.



Azərbaycan təmsilçisinin olmadığı yarışda ölkəmizin futbol azarkeşlərinin diqqəti Türkiyə təmsilçisi “Qalatasaray”a yönəlib. Qitə nəhənglərinin mübarizəsində futbolsevərlərimiz qonşu ölkə təmsilçisinə azarkeşlik edib.



İstanbullular ilk görüşü öz meydanında keçirib. Onlar yarışın ən titullu klubu “Real”ı qəbul edib. “Cim-Bom” dünyanın ən bahalı futbolçuları Qaret Beyl və Kriştianu Ronaldonun komandası ilə görüşdə qalib gəlməyə çalışıb. Amma oyuna istəkli başlayan “Qalatasaray” sonda meydandan məyus ayrılıb. İlk hissədə 1 qol vuran madridlilər ikinci yarıda beş dəfə fərqlənib. Rəqibin 6 qoluna 84-cü dəqiqədə Umut Bulutla cavab verə bilən ev sahibi komanda 6:1 hesabı ilə məğlub olub.

Çempionlar Liqası

Qrup mərhələsi

I tur

“Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya) - 1:6

QOL: Umut Bulut, 84 - İsko, 33, Benzema, 54, 88, Ronaldo, 63, 66, 90

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR