İran XİN “altılıq” ölkələri ilə son müzakirələr barədə açıqlama verib

İran XİN “altılıq” ölkələri ilə son müzakirələr barədə açıqlama verib
# 08 noyabr 2013 10:53 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı noyabrın 7-də “altılığ”a daxil olan ölkələrlə keçirdikləri ikitərəfli görüşlərdən danışıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, A.Əraqçı bildirib ki, ABŞ başda olmaqla Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya nümayəndə heyətləri ilə İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması məsələsi əsas müzakirə mövzusu olub: “Biz İrana qarşı tətbiq edilmiş sanksiyalar götürülmədən heç bir həll yolunun müvəffəqiyyətli olmayacağını ifadə etdik”.

İranın baş nüvə müzakirəçisi deyib ki, hər iki tərəf ciddi olduğundan, müzakirələr çox uzun çəkib: “Bugünkü müzakirələrdə konkret bir sənədin hazırlanması məsələsini də müzakirə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR