Ötən il Azərbaycanda 178 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb

Ötən il Azərbaycanda 178 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb
# 23 yanvar 2014 11:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda 177 120-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bunlardan 49 710-dan çoxu ilkin, 127 410-a yaxını isə təkrar qeydiyyatla bağlı olub.

Üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 36 700-dən çoxu fərdi yaşayış və bağ evi, 58 550-ə yaxını mənzil, 72 550-dən çoxu torpaq sahəsi, 4 385-ə yaxını qeyri-yaşayış binası, 3 900-dən çoxu qeyri-yaşayış sahəsi, 940-a yaxını əmlak kompleksi, 45-dən çoxu çoxmərtəbəli yaşayış binası, 40-dan çoxu çoxillik əkmələr təşkil edib.

Bununla yanaşı hesabat müddətində 40 510-dan çox ipoteka müqaviləsi, 3 065-ə qədər yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb.

Ötən il ərzində 156 220-ə yaxın daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin texniki inventarlaşdırılması aparılaraq texniki pasport və plan-cizgi tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 1,1 mln.-dan çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 23 320-ə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib, 130 725-dən çox daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.

Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən 2013-cü ildə 14,035 mln. manat çox dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR