Bakıda üç maşın toqquşub, biri aşıb- FOTO - VİDEO

Bakıda üç maşın toqquşub, biri aşıb- <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 mart 2014 19:16 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bu gün axşam saatlarında Bakının Hövsan qəsəbəsi ərazisində zəncirvari yol qəzası baş verib.

APA-nın xəbərinə görə, Tahir Sahibovun idarə etdiyi "Tofaş" markalı, 90 SM 436 dövlət nömrə nişanlı avtomobil iki avtomaşına çırpıldıqdan sonra aşıb. "Tofaş" Hövsan qəsəbəsinə doğru hərəkətdə olarkən qarşıdan gələn 90 NM 098 dövlət nömrə nişanlı "Mercedes" markalı avtombillə toqquşub. Toqquşmadan sonra "Tofaş"ın sürücüsü idarəetməni itirib və BMW markalı başqa bir avtomobilə çırpıb. Nəticədə "Tofaş" yol kənarındakı yarğana aşıb. BMW markalı avtomaşın isə hadisə yerini tərk edib.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR