Ukraynada matəm elan edilib

Ukraynada matəm elan edilib
# 21 fevral 2014 21:39 (UTC +04:00)

APA-nın “Lenta.ru”-ya istinadən verdiyi məlumata görə, Yanukoviç bu barədə fərman verib.

“Kütləvi qarışıqlıq zamanı baş verən insan tələfatı ilə əlaqədar 2014-cü il fevralın 22 və 23-ü Ukraynada matəm günü elan edirəm” - dövlət başçısının sərəncamında bildirilir.

Əmrdə göstərilir ki, matəm günündə Ukrayna Dövlət Bayrağı ölkənin bütün ərazisində - evlərdə və dövlət strukturlarında, yerli idarəetmə orqanlarında, dövlət müəssisələrində, idarə və təşkilatlarında endirilsin, əyləncəli konsert proqramları, idman tədbirləri ləğv edilsin, teleradio proqramlarının proqramında müvafiq dəyişikliklər olunsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR