Azərbaycanda bəzi yerlərdə yağış yağacaq - VİDEO

Azərbaycanda bəzi yerlərdə yağış yağacaq - <span style="color: red;">VİDEO
# 26 dekabr 2013 09:42 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal edilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.


Dekabrın 27-də Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Lakin şimal və şərq rayonlarında havanın yağıntılı olacağı ehtimal olunur. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 29-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR