Gürcüstandan Azərbaycana gətirilən maşınların sayı 31% azalıb

Gürcüstandan Azərbaycana gətirilən maşınların sayı 31% azalıb
# 03 iyul 2014 09:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana ümumi dəyəri 121 703,4 min ABŞ dolları olan 10 927 ədəd minik avtomobili gətirilib.

APA-Economics”in Gürcüstan Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, maşınların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 4 932 və ya 31% azdır. Xatırladaq ki, 2013-cü ilin yanvar-may aylarında qonşu ölkədən Azərbaycana ümumi dəyəri 152 408,8 min dollar olan 15 859 ədəd minik avtomobili ixrac olunub.

Hesabat ayında Gürcüstan Azərbaycana 8 840,5 min dollar olan 1 320 ədəd yük maşının ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 80 ədəd və ya 5,7% azdır. Ötən ilin yanvar-may ayları ərzində Gürcüstandan Azərbaycana ümumi dəyəri 9 649,3 min dollar olan 1 400 ədəd yük avtomobili ixrac edilib.

Ümumilikdə bu ilin 5 ayı ərzində Gürcüstandan Azərbaycana ümumi dəyəri 240 422,5 min dollar olan məhsul ixrac olunub ki, bu da 2013-cü ilin ilk 5 ayı ilə müqayisədə 10,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR