Tehranda Azərbaycan və Əfqanıstanın xarici işlər nazirləri arasında görüş keçirilib - FOTO

Tehranda Azərbaycan və Əfqanıstanın xarici işlər nazirləri arasında görüş keçirilib - <span style="color: red;">FOTO
# 26 noyabr 2013 13:43 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı nazirlər tərəfindən ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

E.Məmmədyarov iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edərək, Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən layihələr barəsində məlumat verib.

Zarar Əhməd Osmani Əfqanıstanın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyərək, bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər və regional əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR