Samuxda evdə partlayış olub, 1 qadın ağır xəsarətlər alıb - VİDEO

Samuxda evdə partlayış olub, 1 qadın ağır xəsarətlər alıb - <span style="color: red;">VİDEO
# 05 aprel 2014 23:32 (UTC +04:00)

Bakı-APA. Samuxda evdə partlayış baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Qarabağlılar kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Partlayış zamanı evin 2 otağının tavanı çökmüş, digər 1 otağın tavanı 7 kv.m sahədə yanıb. Hadisə zamanı ev sahibinin həyat yoldaşı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:00-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR