Elmar Məmmədyarov Argentinanın millət vəkillərini qəbul edib - FOTO - VİDEO

Elmar Məmmədyarov Argentinanın millət vəkillərini qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 31 oktyabr 2013 19:45 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 30-da Argentinanın Milli Assambleyasının üzvləri Roberto Mouilleron və Julia Argentina Perieni qəbul edib. Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Argentina nümayəndələri Bakıda keçirilən Humanitar Forumda iştirak etdiklərini qeyd edərək, Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli siyasi əlaqələrin və parlamentlərarası təmasların inkişafına və beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığa münasibətdə məmnunluq ifadə olunub.

İqtisadiyyat, xüsusilə kənd-təsərrüfatı, mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR