Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları arasında elan etdiyi qrant müsabiqəsinin nəticələrini açıqlayıb

 Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları arasında elan etdiyi qrant müsabiqəsinin nəticələrini açıqlayıb
# 25 iyun 2014 10:10 (UTC +04:00)

Bakı-APA. Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi məqsədi ilə elan etdiyi müsabiqənin nəticələri açıqlanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə 155 qeyri-hökumət təşkilatı öz layihələrini təqdim edib.

Gənclər təşkilatı olmadığı üçün 10 qeyri-hökumət təşkilatının layihələri baxılmadan geri qaytarılıb. Ümumilikdə 145 gənclər təşkilatının layihəsi müsabiqənin qaydalarına uyğun olaraq ətraflı təhlil edilib və öyrənilib. Nəticədə 110 gənclər təşkilatının layihələrinin maliyyələşdirilməsinə qərar verilib. Layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 2 milyon 20 min 559 manat və 115 min avro məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.

Layihələrin icrası ilə bağlı 1 iyul 2014-cü il tarixdən başlayaraq gənclər təşkilatları ilə müqavilələrin bağlanmasına başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR